6 Dekabr 2025 / 08:15

Məhsəti Gəncəvi tacikdir və…

…Bir həftədir ki, millət iki yerə bölünüb: bir tərəf Məhsəti Gəncəvinin müdafiəsinə qalxıb ki, o, Azərbaycanın klassik milli məfkurə simvolu, qadın timsalıdır… Digər tərəf isə onu şərab içib eyş- işrətlə məşğul olan qadın obrazı hesab edir… Kim haqlıdır, mütəxəssislər daha dəqiq cavabını verə bilər. Amma bircə fakt deyək ki, Məhsəti Gəncəvi milliyyətcə tacikdir, Gəncəyə necə gəlib, bu təxəllüsü hardan götürüb, tarixi mənbələrdə aydın mətnlər var.
Tezadlar.az bəzi mübahisələrə son qoymaq üçün onun iki bənd şeirini təqdim edir:
Axşam məni tutdu yenə sərxoş dildar,
Göz vurdu, bacarsan, yenə bir qaç, qurtar.
Dindim: “Gecədir, tutma əlimdən, gen dur,
Birdən bizi bu halda görərlər, zinhar”.
Axşam yenə tutdum o yarı mən birdən,
Yüz-yüz öpüş aldım o xurma ləblərdən.
Yar istədi söysün məni, hər busəmlə
Ağzındaca qırdım söyüşü dərhal mən.
Bunları Məhsəti Gəncəvi yazıbdır zamanında… Hətta tarixi mənbələrdə o da deyilir ki, Nizami Gəncəvi özündən ən azı otuz yaş böyük olan şairənin həyat tərzindən ciddi şəkildə narazı olub…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!