Əsas məzmuna keç

Məktəb direktorunun səs yazısı sonrası vəzifəsindən azad olundu

Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

BŞTİ-dən Tezadlar.az-a verilən məlumata görə, araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.” məlumatda qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…