Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məktəbinin binasında 10 yaşlı oğlanın qanlı cəsədi tapılıb
Moskva vilayətinin Odintsovo rayonunun Qorki-2 elit kəndində məktəbə yeniyetmənin bıçaqla hücumu nəticəsində bir şagird ölüb.
Tezadlar.az bildirir ki, bu barədə vəziyyətlə tanış olan REN TV mənbəyi məlumat verib.
“İlkin məlumatlara görə, hücumçu üç nəfəri bıçaqlayayıb. Onlardan biri ölüb”, – mənbə bildirib.
Uspenskaya məktəbinin binasında 10 yaşlı oğlanın qanlı cəsədi tapılıb.
Moskva vilayəti polisinin məlumatına görə, hücum səhər saat 9:00 radələrində baş verib. Şagird mühafizəçini bıçaqlayıb, bibər qazı püskürüb və sonra 10 yaşlı oğlanı bıçaqlayıb, oğlan isə qısa müddət sonra ölüb.
Məktəbə edilən hücumla əlaqədar qətl və qətlə cəhd maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, dekabrın 16-sı səhər saatlarında Moskva vilayətinin Odintsovo rayonunun Qorki-2 kəndindəki Uspenskaya məktəbində yeniyetmə bıçaqla insanlara hücum edib. Hücumdan sonra o, tezliklə saxlanılıb.
E.ŞİRİNOV