Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda məktəblini bıçaqlayan tutuldu, bıçaqlananın isə vəziyyəti isə yaxşı deyil. TƏBİB-dən tezadlar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 15-də 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən təcili çağırış daxil olub. Məlumata görə, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən kişi cinsli şəxs bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyəsi şöbəsinə hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi) pasiyent əməliyyat edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Dava-dalaşın səbəbini isə polis araşdırır, əmələ hüquqi qiymət veriləcək.
Elşad