Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda iki proses gedir. Mən istəmirəm bu prosesə cəlb olunanların adını çəkim. Ən pisi odur ki, bunların arasında müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslər var.
Tezadlar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərin təhsil eksperti Kamran Əsədovla bağlı sualına cavab verərkən bildirib.
O qeyd edib ki, bu cür şəxlər DİM-lə abituriyent və cəmiyyət arasında nifaq salıblar, səhv informasiya veriblər.
“Çox istərdim ki, bu cür insanlar təhsildən uzaqlaşsınlar” – o, sonda qeyd edib.
Xatırladaq ki, Kamran Əsədov ekspert tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur və hazırda həbsdədir.