Dünən Bakının Yasamal rayonunda sakin evində olduğu hakda, yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. Tezadlar.az xəbər verir ki, Q.Məmmədov elə dünən də faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb: “Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək”. Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.
Məsələ ondadır ki, görün, MTK rəhbəri özünə və onu himayə edənlərə nə qədər arxayındır ki, xarici düşmənləri gündə bir söz deyən, üstünə gəlinən ölkənin daxilində bu cür özbaşınalığa rəvac verir! Bu nə deməkdir axı?!
A.Məmmədli