Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Mart 2026 / 18:20

Məmura saxta “fəxri diplom” verən şəxsə 10 sutka həbs

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə “jurnalist” kimi bəzi qurumların adından “mükafat” verən Fəqani Hüseynov həbs olunub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb.

Tezadlar.az xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib.

Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkədə Fəqani Hüseynov adlı şəxs “Milli Məclisin informasiya portalının direktoru”, həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə “fəxri diplom” təqdim edib.

Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkədə rezonans doğurub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!