Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən axşam ABŞ Prezidenti Donald Tramp bildirib ki, ona İranda ölkə üzrə etiraz aksiyalarının yatırılması zamanı baş verən qətllərin səngidiyi barədə məlumat verilib və hazırda kütləvi edamlarla bağlı planın olmadığına inandığını qeyd edib.
Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, jurnalistlər qətllərin dayandırılması barədə məlumatı kimdən aldığını soruşduqda, Tramp “qarşı tərəfdən çox vacib mənbələr deyib” kimi cavabını verib. Prezident ABŞ-ın mümkün hərbi addımlarını istisna etməyərək bildirib ki, Vaşinqton prosesin necə inkişaf edəcəyini izləyəcək. O, eyni zamanda ABŞ administrasiyasının İrandan “çox yaxşı bir bəyanat” aldığını da qeyd edib. Lakin bu bəyanatın nədən ibarət olduğunu açıqlamayıb.
Beləliklə, İrana mümkün hərbi müdaxilə dondurulmuş kimi görünür. Lakin etirazçılar hələ də İranda sosial problemlərdən yaxa qurtarmaq istəyirlər. Həmçinin dini rejimin yüz illərdir İranda hakim olmasının yumşaldılmasını, eləcə də insanların dinin onlara yaşatdığı yasaqlardan xilas olmaq istədiklərini gündəmdə saxlamaqdadırlar.
Səbuhi