Bu ilin yanvar-sentyabr aylarında Mərkəzi Asiya regionundan Azərbaycana 162,1 mindən çox vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz çoxdur.
Tezadlar.az Dövlət Turizm Agentliyinin hesabatına əsasən xəbər verir ki, cari ilin sentyabr ayında qeyd edilən regiondan ölkəyə 20,3 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin sentyabr ayına nisbətdə 27 faiz çox, cari ilin avqust ayına nisbətdə isə 9,5 faiz azdır.
2025-ci ilin sentyabr ayında Azərbaycana gələn turistlərin sayına görə Mərkəzi Asiya ölkələrinin sıaralaması belədir:
Qazaxıstan – 8795
Özbəkistan – 6772
Türkmənistan – 2607
Qırğızıstan – 1150
Tacikistan – 987






