Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Yanvar 2026 / 12:20

Mərkəzi Bankın valyuta ehtiyatları ötən ilkini üstələyib

2026-cı il 1 yanvar tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 514.9 milyon ABŞ dolları təşkil edib.

Tezadlar.az  Azərbaycanın Mərkəzi Bankına  istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 81,1 milyon dollar və ya 0,7% çoxdur. İllik müqayisədə 555,4 milyon dollar və ya 5,1% artım baş verib.

Belə ki, 2025-ci il dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 433,8 milyon ABŞ dolları təşkil edib.
2025-ci il yanvarın 1-nə isə bu göstərici 10 milyard 959,5 milyon ABŞ dolları səviyyəsində olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!