Əsas məzmuna keç

“Mersedes” motoskleti yerə çırpdı-sürücü öldü-SON DƏQİQƏ

Bu səhər Bakıda motosikletin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Əşrəfzadə Vüqar İlqar oğlunun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə V. Əşrəfzadə aldığı xəsarətlərdən ölüb. Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisə şahidləri bildirib ki, motosklet qəflətən manevr edərək avtomobilin qarşısına çıxıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…