Əsas məzmuna keç

Mert Hakan Yandaş və Metehan Baltacı azadlığa buraxılmadı

İstanbul Baş Prokurorluğu “futbolda mərc istintaqı” çərçivəsində həbs edilən “Qalatasaray”ın futbolçusu Metehan Baltacı və “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaşın saxlanma müddətini araşdırıb. 

Tezadlar.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, məhkəmə 2025-ci il dekabrın 9-da saxlanılan hər iki futbolçunun həbsinin davam etdirilməsi barədə qərar qəbul edib.

İstanbul 2-ci Sülh Cəza Məhkəməsi tərəfindən iş materiallarına baxıldıqdan sonra futbolçular azadlığa buraxılmayıb. Mövcud dəlilləri və ittihamların ciddiliyini nəzərə alaraq, məhkəmə həm Mert Hakan Yandaşın, həm də Metehan Baltacının həbsdə qalması barədə qərar qəbul edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…