Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya kansleri Fridrix Merts Ukraynaya birgə AB ordusunun yerləşdirilməsi təklifini şərh edərkən təhlükəsizliyə “praqmatik” yanaşmanın lazım olduğunu söylədi.
Tezadlar.az bildirir ki, bu barədə “Politico” məlumat verib.
Kansler mərkəz-sağçı Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veberin ideyasını şərh edib. O, Ukraynada sülhməramlı kontingent üçün vahid Avropa ordusunun yaradılmasını təklif edib. Bundan əlavə, Veber Avropa Komissiyası və Avropa Şurası rəhbərləri vəzifələrinin birləşdirilməsini təklif edib.
Xorvatiyada keçirilən qeyri-rəsmi EPP sammitində çıxış edən Merts bildirib ki, AB-nin “təhlükəsizlik məsələlərinə praqmatik yanaşma”ya ehtiyacı var.
“Biz hazırda həll edilməli olan təcili vəzifələrə diqqət yetirməliyik”, – kansler deyib.
O, gələcəkdə Bundesver əsgərlərinin Ukraynaya sülhməramlı kimi göndərilməsi ehtimalını istisna etməyib. Lakin Berlin heç bir konkret öhdəlik götürmür.
“Politico” qeyd edir ki, Almaniya artıq Litvaya təxminən 5000 əsgər göndərib. Alman təyyarələri də Şərqi Avropa hava məkanında patrul xidməti həyata keçirir.
E.ŞİRİNOV