Əsas məzmuna keç

Merz ABŞ ilə razılaşmadan sonra böyük güzəştlər gözlədiyini söylədi

Almaniya kansleri Fridrix Merz Aİ-nin ABŞ-a ixracına 15%-lik rüsum tətbiq edilməsinə dair razılaşmanı alqışlayıb və razılaşma nəticəsində böyük güzəştlər gözlədiyini etiraf edib.

“Biz əsas maraqlarımızı qoruya bildik, baxmayaraq ki, mən şübhəsiz ki, transatlantik ticarətdə əlavə güzəştlər gözləyirdim”, – Tezadlar.az xəbər verir ki, “RİA Novosti” onun sözlərini sitat gətirir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ və Avropa İttifaqının ABŞ-a idxal edilən bütün Avropa mallarına rüsumun 15% olacağı barədə razılığa gəldiyini bildirmişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…