Əsas məzmuna keç

Məşhur bloger keçmiş həyat yoldaşını məhkəməyə verib

Vaxtilə 400 min manatlıq dəbdəbəli toyu ilə gündəmə gələn bloger Aysel Şükürova yenidən keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. 

Tezadlar.az  xəbər verir ki, bu barədə bloger özü məlumat yayıb. O bildirib ki, Oqtaya qarşı cinayət işi açıblar.

“Növbəti zəfər… Oqtay Əhmədovun mənə atdığı təhqir və böhtana görə barəsində ikinci cinayət işi açdırdıq. Belə ki, CM-nin 147.1 və 148-ci maddələri üzrə Oqtay Əhmədovun hüquqazidd əməllərinə dair şikayət ərizəmizin məhkəmə baxışına verilməsi və cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılması qərara alındı”.

Qeyd edək ki, Oqtay sosial şəbəkədə canlı yayım açaraq Ayselin ünvanına təhqirlər yazıb. Aysel qarşı tərəfi məhkəməyə verib. O, eyni zamanda keçmiş həyat yoldaşının əkiz uşaqları üçün aliment ödəmədiyini, onun 20 minə qədər borcu olduğunu deyib.

Xatırladaq ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…