“Haddaway”, “Dr. Alban” və Almaniyanın “Mr. President” pop-triosunun solisti “LayZee”in Latviyaya girişlərinə qadağa qoyulduğu üçün ölkədə keçiriləcək “90’s Disco Show” konsertində çıxış etməyəcəklər.
Bu barədə “Delfi” məlumat yayıb.
Musiqiçilər bu ilin may ayında arzuolunmaz şəxslər siyahısına daxil ediliblər. Latviyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Liqa Yermatsanenin sözlərinə görə, mövcud geosiyasi şəraitdə ölkə Rusiya hakimiyyətini birbaşa və ya dolayısı ilə dəstəkləyən sənətçilərin ölkəyə girişinə və çıxışlarına icazə vermir.
Əvvəlcə bu musiqiçilərin noyabrın 20-də Riqadakı “Xiaomi Arena”da keçiriləcək şounun əsas ifaçıları olması nəzərdə tutulurdu. Lakin sonradan onların Rusiya konsert bazarı ilə əməkdaşlığı davam etdirdiyi və Rusiyada çıxış etdiyi məlum olub.
“Xiaomi Arena”dan bildirilib ki, müqavilə bağlanarkən sənətçilərin Rusiya ilə əlaqələrindən xəbərsiz olublar.







