Virtual media nəhəngi Meta milyardlarla dollarlıq süni intellekt investisiyalarını böyük vergi üstünlüyü kimi gizlədib.
Tezadlar.az xəbər verir ki, Amerika qəzeti “New York Times” yeni sənədləri açıqlayıb. ABŞ Daxili Gəlir Xidmətinə rəsmi bəyanatında şirkət süni intellekt məlumat mərkəzlərini “uğursuz ola biləcək böyük bir təcrübə” kimi təqdim edib.
Onlar investorlara trilyon dollarlıq süni intellekt gələcəyi vəd ediblər, lakin vergi orqanlarına gəldikdə, “Bu, sadəcə uğursuz ola biləcək kiçik bir təcrübədir” deyiblər. Facebook və İnstagramın ana şirkəti olan Meta-nın ABŞ Xəzinədarlığına vergi borclarını azaltmaq üçün yaratdığı milyard dollarlıq vergi qalxanı ifşa olunub.
“New York Times” qəzetinin Daxili Gəlir Xidmətinin qeydlərinə və bazar mənbələrinə əsaslanaraq yazdığına görə, texnologiya nəhəngi Meta rəsmi olaraq süni intellekt məlumat mərkəzlərini “kommersiya əməliyyatı” əvəzinə “eksperimental pilot model” kimi qeyd edib.
Şirkət hətta digər firmalardan alınan və kommersiya baxımından uğurlu olduğu sübut edilmiş ən son nəsil prosessorları “eksperimental istehlak materialları” kimi təsnif edib. Bunun hüquqi əsası 1980-ci illərdə innovasiyanı dəstəkləmək üçün qəbul edilmiş Federal Tədqiqat Təşviqi Qanunu olub. Bu metoddan istifadə edərək Meta 2025-ci il vergi öhdəliyini təxminən 4 milyard dollar və ya təxminən 70 faiz azaltmağı bacarıb.
ELBAR







