10 Dekabr 2025 / 10:50

Mətbəx baltası ilə hərbi komissarlığın işçisini vurub

Bir kişi Ukraynada hərbi komissarlığın ərazi üzrə mərkəzinin işçisini ət baltası ilə vurub.

Tezadlar.az bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin “Qərb” Əməliyyat Komandanlığı bu barədə Facebook-da məlumat verib.

Hadisə Lvov bölgəsində baş verib. Qeyd olunur ki, bu, bölgədə məcburi səfərbərlikdən yayınmağa çalışan yerli sakinlərin hərbi komissarlığın işçilərinə xəsarət yetirməsi ilə bağlı ilk hal deyil.

Hadisə ilə bağlı istintaq davam edir. Komandanlıq hücumçunun taleyi barədə məlumat verməyib.

Sentyabr ayında, vətəndaşları zorla səfərbər etmək cəhdi zamanı hərbi komissarlığın ərazi üzrə mərkəzinin işçilərinin Lutsk yaxınlığında döyüldüyü bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!