Əsas məzmuna keç

Metroda bıçaqlı hücum: iki nəfər ölüb

Naməlum şəxs Taybeydə (Tayvan) iki metro stansiyasında sərnişinlərə hücum edib, iki nəfər ölüb, ən azı doqquz nəfər xəsarət alıb.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, bunu Tayvanın Baş naziri Ço Yunq-tay bildirib.

Onun sözlərinə görə, hücum edən şəxs tüstü şaşkası və bıçaqdan istifadə edib. “Ən azı doqquz nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. İki nəfər isə ölüb”, – o qeyd edib.

Cinayətkarın hücumdan sonra özünü yaxınlıqdakı binadan ataraq intihar etdiyi ehtimal olunur.

Polis bu məlumatı təsdiqləyərək araşdırmanın davam etdiyini bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…