Əsas məzmuna keç

MİSİR VƏ ABŞ QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI DANIŞIQLARA BAŞLAYIB

Misir və ABŞ nümayəndələri Qəzza zolağında atəşkəslə bağlı danışıqlara başlayıb.

Bu barədə öz mənbələrinə istinadən “Al Qahera News” telekanalı məlumat yayıb.

“Misir-Amerika danışıqları atəşkəsə nail olmaq və Qəzza zolağında saxlanılanların azadlığa buraxılması üçün davam edir”, – deyə mənbələr bildiriblər.

Onlar əlavə ediblər ki, Qahirə Fələstin ərazisində atəşkəs məsələsində ABŞ və tərəfdaşları ilə fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir.

Bu arada, İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS-ın yüksək rütbəli liderlərinin yaşadığı Qəzza zolağının Rimal bölgəsində reydlər keçirdiyini bildirib. İMQ-nin məlumatına görə, Rimal və Şeyx İclin ərazilərində fəaliyyət göstərən Zirehli Korpus, Mühəndislər, Hərbi Hava Qüvvələri və Paraşüt Briqadaları 35 tunel mədəni və çoxlu silah-sursat aşkarlayıb.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…