Əsas məzmuna keç

MİTİNQLƏRDƏ ÜZLƏRİ MASKA VƏ DİGƏR GEYİMLƏRLƏ ÖRTMƏK QADAĞAN OLUNACAQ

Gürcüstan parlamenti mitinqlərdə üzləri maskalar və ya müxtəlif geyim əşyaları ilə örtməyi qadağan edən qanun qəbul edəcək.

Tezadlar.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Biz toplantı iştirakçılarının, o cümlədən əks-mitinqlərin müxtəlif vasitələrlə üzlərini örtməsini qadağan edən qanun qəbul edəcəyik. Bu, toplantılar zamanı zorakılığın qarşısını almağa kömək edəcək çox mühüm qanundur”, – o, brifinqdə bildirib.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…