Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərin satışı üzrə elan olunmuş seçmə mərhələsi artıq başlayıb.
Tezadlar.az xəbər verir ki, ümumilikdə 627 mənzil üçün seçim prosesi davam edir.
Elana əsasən, mənzillər aşağıdakı yaşayış kompleksləri üzrə təqdim olunur:
Hövsan Yaşayış Kompleksi – I mərhələ üzrə 1 mənzil, II mərhələ üzrə 7 mənzil
Birinci mərhələsi üzrə: 2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.
İkinci mərhələsi üzrə: 4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.
Sumqayıt Yaşayış Kompleksi – 10 mənzil
Studio tipli mənzillərin qiyməti – 50 200 manat,
4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.
Lənkəran Yaşayış Kompleksi – 10 mənzil
3 otaqlı mənzilin qiyməti – 61 965 manat,
4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.
Binəqədi Yaşayış Kompleksi – 204 mənzil
Studio tipli mənzillərin qiyməti – 48 120 manat,
2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,
3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,
4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.
Şirvan Yaşayış Kompleksi – 216 mənzil
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.
Yevlax Yaşayış Kompleksi – 179 mənzil
Studio tipli mənzillərin qiyməti – 41 040 manat,
1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,
2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,
3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.
Qeyd edək ki, mənzillərin satışı 03 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayıb və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 09 dekabr 2025-ci il tarixində başlayacaq və 12 dekabr 2025-ci il tarixinədək davam edəcəkdir. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (https://www.e-gov.az/) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.