Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Noyabr 2025 / 18:45

Mikayıl Cabbarov İsraildə bir sıra görüşlər keçirib – tərəfdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsrailə işgüzar səfər edib. Səfər çərçivəsində İsrail rəsmiləri ilə bir sıra görüşlər keçirilib, tərəfdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılıb.

İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Zeev Elkin ilə görüşdə İsraillə müxtəlif istiqamətlər üzrə əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Birgə Komissiyanın fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

İsrailin xarici işlər naziri Qideon Saarla görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin, iqtisadi-ticarət əlaqələrinin genişlənməsindən məmnunluq ifadə edilib. Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi, birgə layihələrin ölkələrimiz və region üçün perspektivləri barədə fikirlərini bölüşüblər. Azərbaycanın əlverişli geoiqtisadi mövqeyi və qlobal ticarətdə artan tranzit potensialı qeyd olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!