30 Dekabr 2025 / 13:57

Milli Qəhrəman həyatla vidalaşdı- QƏRİB ÖLKƏDƏ

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev İsveçrədə dünyasını dəyişib. Qəhrəmanın gəlini Nigar Tağıyeva vəkil Aslan İsmayılova bildirib ki, Azərbaycan Diaspora Komitəsi Şahin Tağıyevin nəşinin ölkəyə gətirilməsi üçün lazım olan tədbirləri görür. Sadəcə bu proses çox mürəkkəb olduğundan və bayram günlərinə düşdüyündən obyektiv gecikmələr var.
Vəkil əlavə edib: “…Onu bildirim ki, fb şərhlərində bəzi insanlar bilmədiklərindən az qala doğmalarını diqqətsizlikdə ittiham etməyə çalışırlar. Rəhmətlik Şahin özü də doğmalarının diqqətindən həmişə razılığını bildirib. Onun qocalar evində rəhmətə getməsi isə İsveçdə qocalar evində olan qayğının bizdən köklü şəkildə fərqlənməsidir. İsveçdə qocalar evində yaşlı insanlar üçün yaradılan şərait heç bir yerdə yoxdur.
İnanıram ki, hakimiyyət rəsmiləri Bakıda Milli Qəhrəmanımız Şahin Tağıyevin layiqli dəfn mərasimini və yerini təşkil edəcək. Allah rəhmət eləsin!”.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!