Əsas məzmuna keç

Millidə “Araz-Naxçıvan” imzası: İki üzv heyətdədir!

“Araz-Naxçıvan”ın iki üzvü – Kristian Avram və Felipe Santos milli komandalara dəvət alıb.

Tezadlar.az xəbər verir ki, bu haqda klubun yaydığı məlumatda bildirilib.

Qapıçı Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, martın 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

Felipe Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, martın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…