İlin rəqəmsal siması”: Qismət Qurbanov
***
MilliNet TK son illərdə qazandığı uğurları nəzərə alaraq Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinin rəis müavini Qismət Qurbanovu “İlin rəqəmsal siması” seçib.
Tezadlar.az xəbər verir ki, bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında bildirib.
“Ölkədə rəqəmsal transformasiyaya, rəqəmsal hökumət quruculuğuna töhfə verən ən aktiv və öndə gedən şəxsləri üzə çıxarmaq, tanıtmaq və bu sahənin inkişafına diqqəti artırmaq üçün MilliNet 2025-də “İlin rəqəmsal siması” nominasiyası da müəyyən edilib.
Bu nominasiya üzrə rəqəmsallaşmaya ciddi töhfələr verən dövlət qurumları və universitetlərlə bərabər, ölkənin rəqəmsal transformasiyasında yaxından iştirak edən, infrastruktur və faydalı rəqəmsal hökumət həllərinin yaradıcısı olan özəl sektor qurumları da müzakirə predmeti olub.
MilliNet TK rəqəmsal sektordakı vəziyyəti təhlil edərək, ekspertlərlə müzakirələr apararaq, son illərdə qazandığı uğurları nəzərə alaraq Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsinin rəis müavini Qismət Qurbanovu “İlin rəqəmsal siması” seçib.
Nazirliyin rəqəmsallaşma və innovasiyalar idarəsi həm real fayda verən və kütləvi istifadə edilən, şəffaflığın gücləndirilməsi və korrupsiyanın qarşısının alınmasına yönələn rəqəmsal həllərin hazırlanması, həm də özlərinə məxsus datanın təmizlənməsi və digər strukturlara inteqrasiya edilməsi istiqamətində xeyli uğurlu addımlar atıblar.
2025-ci ilin rəqəmsal siması Qismət Qurbanovu bir daha təbrik edirik və uğurlar arzulayırıq”, – deyə o qeyd edib.
JASMİN

