“MilliNet 2025” mükafatlandırma mərasimi keçiriləcək

Bu gün Milli İnternet Mükafatının qalibləri elan olunacaq.
Tezadlar.az xəbər verir ki,  bu barədə Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz məlumat verib.
O, qyd edib ki, qaliblərin adları bu axşam Park İnn Hotelində təşkil olunan “MilliNet 2025” mükafatlandırma mərasimində açıqlanacaq.
“MilliNet-in ənənəvi mükafatları da hazırlanıb, sahiblərini gözləyir.
Qaliblərə, 2-ci və 3-cü yerləri qazananlara MilliNet mükafatları, diplomlar və qiymətli hədiyyələr təqdim ediləcək.
Bu axşam, həmçinin ölkədə rəqəmsal transformasiyaya daha çox töhfələr verən şəxsin adı, “İlin rəqəmsal siması” açıqlanacaq.
Təqdimat mərasimində ölkənin texnologiya ictimaiyyətinin rəsmiləri, sektorun tanınmış nümayəndələri, həmçinin MilliNet 2025 nominantları iştirak edəcəklər”, – deyə o, bildirib.
JASMİN
Xəbəri paylaş