Milyonlarla dəyəri olan evlər, villalar, sərvətlər! Məşhurların varidatı üzə çıxdı…
Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar.
Tezadlar.az xəbər verir ki, TV 8 kanalında yayımlanan “Gel Konuşalım” proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat) sərvətlə ilk sırada yer alıb. Serenay Sarıkayanın 186 milyon lirə (təxminən 6 milyon manat), Hande Erçelin isə 250 milyon lirə (təxminən 9 milyon manat) sərvətə sahib olduğu iddia edilir. Həmçinin Handenin sosial şəbəkədə bir paylaşım üçün təxminən 1,5 milyon lirə (təxminən 51 min manat) qazandığı bildirilib.
Müğənnilər arasında isə İbrahim Tatlısesin təxminən 100 milyon dollar (təxminən 170 milyon manat) sərvətə sahib olduğu irəli sürülüb. 74 yaşlı sənətçinin Kuşadasında hoteli, İstanbulda restoranları və televiziya kanalları, Bodrumda altı villası, eləcə də doğulduğu Şanlıurfada çoxsaylı evləri olduğu iddia edilib.
Müğənni Ajda Pekkanın sərvətinin 70 milyon dollar (təxminən 119 milyon manat) olduğu açıqlanıb. Onun Bahçeköydə malikanəsi, Leventdə və Bodrumda isə lüks villaları var.
Həyatını İtaliyada davam etdirən aktyor Can Yamanın sərvətinin 300 milyon lirə (təxminən 10 milyon manat) olduğu deyilib.
Sənətçi Sibel Canın Mayami, London və Monakoda evləri, eləcə də İstanbulda təxminən 50 mənzilinin, ümumi sərvətinin isə təxminən 70 milyon dollar (təxminən 119 milyon manat) təşkil etdiyi, müğənni Bülent Ərsoyun da təxminən 70 milyon dollar (təxminən 119 milyon manat) sərvətə sahib olduğu iddia olunur. Onun 500 min dollar dəyərində xəz kolleksiyası ilə yanaşı, İstanbulda 28 mənzili və dörd villası olduğu bildirilir. Məlumata görə, sənətçi tikinti maşınlarını tikinti şirkətlərinə icarəyə verir, Fəthiyə və Fənərbaxçada saunalara, eləcə də geniş zərgərlik kolleksiyasına sahibdir.
Qazancını daşınmaz əmlaka yatırdığı deyilən Yıldız Tilbenin İzmirdə 50 hektar torpaq sahəsi, üç mənzili və bir ferması var. İfaçının İstanbulda da üç mənzilinin olduğu iddialar arasında yer alıb.
İnvestisiyaları ilə gündəmə gələn digər məşhur Hülya Avşardır. İddialara əsasən, onun Sarıyerdə malikanəsi, Tarabyada dəbdəbəli evi, Riva və Ayvalıkda torpaq sahələri var. Ayvalıkda evinin də olduğu bildirilən sənətçinin daşınmaz əmlak yatırımları ilə yanaşı, zeytun yağı istehsalı və geyim sektorunda fəaliyyət göstərdiyi, Londonda da mülkünün olduğu qeyd edilib.
Serenay Sarıkayanın isə İstanbul və Antalyada evləri, Çanaqqalada ferması olduğu məlumdur.
batmantimes.com







