Mingəçevirdə suda batanlar hələ də axtarılır- FACİƏ

Oxunma sayı: 109

Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan şəxslərin axtarışları davam edir. Tezadlar.az bildirir ki, axtarışlara FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Kürdə batan şəxslərin yaxınları meyitlərin sudan tapılması üçün aidiyyəti qurumlardan köməklik istəyib. Bildirilib ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, bu isə axtarışlara çətinliklər yaradır.

Xəbəri paylaş

21 Aprel