Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2025 / 14:30

Minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Mayın 21-də Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib. Milli Gimnastika Arenasında təşkil olunan tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Tezadlar.az xəbər verir ki, ardınca ölkəmiz haqqında xüsusi işıq və musiqi şousu nümayiş olunub. Rəqqasların ritmik və dinamik ifaları ilə müşayiət olunan səhnəcik tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye futbolla bağlı nümayiş etdirdiyi möhtəşəm texniki hərəkətlərlə tədbirə xüsusi rəng qatıb. Xalq artisti Aygün Kazımova və Türkiyənin məşhur pop ulduzu Aleyna Tilki enerjili ifaları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Tədbirin sonunda turnirin rəsmi maskotu olan Maralzadə təqdim olunub. Daha sonra minifutbol üzrə Azərbaycan milli komandası mundialdakı ilk oyununu keçirib. A qrupunda yer alan yığmamız Bəhreyn seçməsi ilə qarşılaşıb və oyun heç-heçə başa çatıb – 1:1.

Oyundan əvvəl milli komandanın üzvləri – Tural Nərimanov, Davud Karimi, Seymur Məmmədov və Bəxtiyar Soltanov seçmə komandadakı karyeralarını başa vurmaları münasibətilə təntənəli şəkildə yola salınıb və onlara xüsusi mükafatlar təqdim olunub.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!