Ötən gün Mirşahinin oğlu, RealTV- nin əməkdaşı Mirçingizin toyu olub. Sosial mediada yazılanlara görə, hansısa kiçik bir mübahisəyə görə Mirşahin öz doğma oğlu, Real tvdə birgə işlədiyi Mirçingizin toyuna getməyib. Hətta yazılır ki, Mirşahin Real tv-nin digər işçilərinə də toya getməyi qadağan edib. Nəticədə keçmiş “Yeganə”, indiki “Valmora” şadlıq evində baş tutan toyda çox az, təxminən 20-25 adam iştirak edib. Ən diqqətiçəkən məqam: guya şadlıq evinə tələb edilən menyuya görə pul ödənmədiyi üçün Mirçingizlə gəlini girov saxlamaq istəyiblər və s.
Sosial mediada axtarışlar apardıq, lakin Mirşahinin, yaxud Mirçingizin bu barədə təkzibinə ras gəlmədik. Bununla belə, toydan bəzi fotopaylaşımlarda iştirakçıların azlığı diqqəti çəkirdi…
Nəsə, mətləbi başa düşmək çətin idi…
Səbuhi







