Hacı Sultan Əli ona ev və müalicəsi davam etsin deyə ərzaq yardımı da edirmiş. Xüsusilə onun üçün hər dəfə bal gətirib verirmiş ki, Sabirin immun sistemi xəstəliyə qalib gəlsin… Bir gün Hacı Sultan Əli Sabiri görmək üçün səhər tezdən sinifə gəlir. Qeyri-adi bir mənzərə ilə qarşılaşır… Mirzə Ələkbər Sabir onun üçün gətirilən balı öz əli ilə sinifdəki körpələrə yedirdirmiş. Öz sağlamlığını yox, körpə balaların sağlam olmasını düşünən, özü ac qalıb millətin gələcəyini tox böyüməsini istəyən bir insan necə Möhtəşəm ola bilər, təsəvvür edin!
Mirzə Ələkbər Sabir ( Ələkbər Zeynalabdin oğlu Tahirzadə) 30 may 1862- ci ildə qədim Şamaxı şəhərində anadan olub.. Bu gün Tanrının onu Azərbaycan xalqına hədiyyə etdiyi gündür… Ruhun şad olsun böyük şəxsiyyət”
Dr.Zaur Əliyev