Əsas məzmuna keç

Misir Prezidenti: Veto hüququ BMT Təhlükəsizlik Şurasını reallıqdan uzaqlaşdırır

BMT Təhlükəsizlik Şurasında veto hüququnun olması ona birbaşa vəzifələrini yerinə yetirməyə, xüsusən də beynəlxalq münaqişələrin həllinə imkan vermir.

“Tezadlar”ın məlumatına görə, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi BRICS-in onlayn sammitində çıxışı zamanı deyib.

“Veto hüququ zaman keçdikcə BMT Təhlükəsizlik Şurasını reallıqdan getdikcə uzaqlaşdıran və onu öz əsas funksiyasını yerinə yetirmək, yəni münaqişələri həll etmək və müharibələri dayandırmaq iqtidarında olmayan bir alətə çevrilən bir imtiyazdır”, – əs-Sisi vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…