Əsas məzmuna keç

Misir Qəzzada təhlükəsizlik üçün 10 minlik fələstinli kontingent hazırlayır

Misir münaqişə bitdikdən sonra Qəzza zolağında təhlükəsizliyi təmin etməli olan 10 min nəfərə qədər kontingent yaratmaq üçün fələstinlilərə təlimlər keçirir.

“Tezadlar” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, ilk qruplar Misirdəki hərbi akademiyalarda təlim keçir, daha sonra onlara daha 5 minə yaxın fələstinli qoşulacaq. Qüvvənin əsasını Fələstin Muxtariyyətinin təhlükəsizlik orqanlarının nümayəndələri, bir hissəsini isə FƏTH tərəfdarları təşkil edəcək.

Təhlükəsizliyin təmin edilməsinə Misir, İordaniya və Fars körfəzinin bir sıra ölkələrinin orduları da qoşula bilər. Layihənin maliyyələşdirilməsini beynəlxalq ictimaiyyət öz üzərinə götürəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…