16 Aprel 2025 / 10:49

Mixeil Kavelaşvili Heydər Əliyevin məzarını ziyarət edib

Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

TEZADLAR.AZ  xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!