9 İyul 2023 / 06:46

MN: ERMƏNİSTAN ORDUSUNA MƏXSUS KVADROKOPTERLƏRİN KƏŞFİYYAT UÇUŞLARININ QARŞISI ALINIB

İyulun 8-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildiriblər ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!