Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.
TEZADLAR.AZ Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-polkovnik” ali hərbi rütbəsi
general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova
polkovnik Gündüz Əliş oğlu Əbdülova
polkovnik Azər Əlövsət oğlu Qasımova
“ədliyyə general-mayoru” ali hərbi rütbəsi
ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2024-cü il