Əsas məzmuna keç

MN KURSK VİLAYƏTİNİN SƏRHƏD BÖLGƏSİNDƏ Mİ-35 HELİKOPTERİNİN HÜCUMUNUN VİDEOSUNU NÜMAYİŞ ETDİRİB

Ordu aviasiyasının Mi-35 helikopteri Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvə və texnikasının cəmləşdiyi yerə zərbə endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələri Ordu Aviasiyasının Mi-35 helikopterinin ekipajı Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikası toplanan yerə idarə olunmayan raketlərlə hücum edib”, – deyə idarənin rəsmi Telegram kanalında məlumat verilib.

Bütün hədəflərin məhv edildiyi qeyd edilir.

Bundan sonra ekipaj raket əleyhinə manevr edib, istilik tələlərini buraxıb və uçuş yerinə qayıdıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…