Əsas məzmuna keç

Mobil rabitədən 10 ayda 1,05 milyard manat gəlir əldə olunub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 52,2 milyon manat gəlir əldə edilib.

Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.

Təkcə oktyabrda isə adıçəkilən xidmətlərdən 106,4 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 11,2 % çoxdur.

2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…