Əsas məzmuna keç

MOLDOVA RUSİYA İLƏ VİZA REJİMİ TƏTBİQ ETMƏKDƏN NİYƏ QORXUR?

Moldova Moskvadan güzgü reaksiyası riski səbəbindən Rusiya ilə viza rejimi yaratmayacaq.

Bu barədə “Newsmaker”-ə ölkənin xarici işlər naziri Mixay Pospoi məlumat verib.

“Viza rejimi güzgü effektinə malikdir. Biz isə Rusiya Federasiyasında olan həmvətənlərimizi ifşa edə bilmərik. Ona görə də viza mövzusu indi gündəmdə belə yoxdur” deyən Pospoi Kişinyovla Moskva arasında dialoqun diplomatik münasibətlər tarixinin ən aşağı nöqtəsində olduğunu bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dnestryanı ərazini gərginlik yuvasına çevirmək istədiklərini bildirmişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…