Moldovada yol polislərinə mototəlim keçirilib

Oxunma sayı: 417

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları polis kapitanı Emil İbrahimov və polis baş serjantı Samir Kərimov Moldovanın paytaxtı Kişinyovda ölkənin yol polisi əməkdaşarına texniki sürücülük bacarıqlarını, eləcə də əməliyyat müdaxilələrinə xas olan taktiki və hüquqi aspektləri əhatə edən mototəlim keçiblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, təlimlərdə əməkdaşlarımız ictimai asayişin qorunması üçün operativ müdaxilələr, müdafiə və təkmil sürücülük texnikaları, təqib və ələ keçirmənin taktiki üsulları, şəxsi təhlükəsizlik, mühafizə və motosikletlərə texniki qulluqla bağlı nəzəri, təcrübi bilik və bacarıqlarını bölüşüblər.

Polis əməkdaşları – E.İbrahimova və S.Kərimova yüksək bacarıq nümayiş etdirdiklərinə görə təşəkkürnamələr verilib.

RÖVŞANƏ

Xəbəri paylaş

23 May