Əsas məzmuna keç

Monqolustan Prezidenti Korrupsiya Qalmaqalına görə istefa verib

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux çərşənbə axşamı müxalifət partiyasının onu hökumətin dəmir yolu layihəsindən maliyyə yardımı almaqda ittiham etməsindən sonra istefa verəcəyini açıqlayıb. Tezadlar.az “Monqolustan Gündəliyi”nə istinadla bildirir ki, Monqolustan Prezidenti açıqlamasında izah edib ki, “son bir ay ərzində müəyyən cinayətkar qruplar Monqolustan Prezidentinin şərəfinə və komandasına qarşı yazılar yazdlrlblar, onun nüfuzuna xələl gətiriblər”.
Eyni zamanda, o, bildirib ki, Monqolustan Prezidenti Milli Təhlükəsizlik Şurasının sədri və Silahlı Qüvvələrin Baş Komandanı kimi xalqın birliyini ifadə etdirir. Sitat: “Prezidentin şərəfinə hücum millətin şərəfinə hücumdur. Mənə inanılmaz və son dərəcə ağır bir cinayətlə bağlı böhtan atılıb, təhqir olunmuşam. Bir müddət susdum və vəziyyəti müşahidə etdim. Lakin məsuliyyətli vəzifə tutan bir şəxs kimi bu gün bu açıqlamanı vermək qərarına gəldim. Hər kəs qanun qarşısında bərabərdir. Dünən Demokrat Partiyası fraksiyası Monqolustan Prezidentinin istefa verməli və araşdırma aparmalı olduğu mövqeyini bildirdi. Mən bununla razıyam”, – deyə Uxnaagin Xürelsüx bildirib. Prezidebnt ona qarşı böhtan atdığı iddia edilənlərin “məsuliyyətə cəlb olunacağına” və “şərəfinin bərpa olunacağına” əmin olduğunu da deyib. O, həmçinin müstəntiqlərlə əməkdaşlıq edəcəyini bildirib.

***
Xatırladaq ki, 16 noyabrda Monqolustanın parlament müxalifəti araşdırma aparmaq üçün prezidentin və ittihamlarda adı hallanan digər vəzifəli şəxslərin istefasını tələb edib.
İstintaq aparmaq üçün Demokrat Partiyasının üzvləri müvəqqəti parlament komissiyası yaratmağı təklif ediblər. Parlamentin qırx iki üzvü təşəbbüsü dəstəkləyib. Onlar, həmçinin Monqolustan Milli Təhlükəsizlik Şurasının 2019-cu ildən bəri verdiyi bütün tövsiyələrin məxfiliyinin açılmasını tələb etmişlər. Bir neçə gün əvvəl Ulan-Batorun keçmiş meri X. Nyambaatar verilişdə prezident Xurelsuxun rüşvət alanlar arasında olduğunu iddia etmişdir. İddialar Bodi Qrupu tərəfindən qazanılan Tavan Tolqoy-Qaşunsuxayt dəmir yolunun tikintisi üçün gizli tenderlə bağlıdır. Siyasətçilərin ümumi məbləği 110 milyon dollar olan rüşvət almış ola biləcəyinə inanılır.

Xatırladaq ki, Uxnaaqiyn Xurelsux 21 iyun 2021-ci ildən Monqolustan prezidenti vəzifəsində çalışır. 2024-cü ilin sentyabrında prezident Volodymyr Zelensky Monqolustanın 3 sentyabrda Rusiya prezidenti Vladimir Putini ölkəyə səfəri zamanı həbs etməməklə beynəlxalq hüquqa hörmətsizlik göstərdiyini bəyan etmişdi.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…