Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova şəxsi görüş zamanı Rusiya prezidenti Vladimir Putinə hərbi əsirlərin problemi ilə bağlı Ukrayna ilə dialoqdan danışıb.
Moskalkova bildirib ki, Ukrayna Ombudsmanı Dmitri Lubinets ilə qarşılıqlı əsasda iki ölkənin 1,7 mindən çox hərbi əsirinə baş çəkiblər.
“Biz Ukrayna Ombudsmanı ilə dialoqu davam etdiririk, itkin düşənlərin siyahısını mübadilə edirik və yüzdən çox insanın taleyini müəyyən etməyə və onlara kömək etməyə nail olduq”, – Ombudsman bildirib.
O, aydınlaşdırıb ki, Ukrayna Ombudsmanı ilə razılığa əsasən, məhbuslara başçəkmə həyata keçirilir: Moskalkova Rusiyada olan ukraynalı məhbusların yanına, Ukrayna Ombudsmanı isə Ukraynada əsir götürülmüş rusların yanına gəlir.
E.ŞİRİNOV