Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Biz ABŞ-dən Avropa və Kiyevlə razılaşdırılmış Ukrayna planının aralıq versiyasını almağı gözləyir”. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib. Sitat: “Biz onlardan (ABŞ-dən – red.) bu mətnin avropalılar və ukraynalılarla razılaşdırma mərhələlərinin başa çatması baxımından aralıq hesab etdikləri versiyanı gözləyirik”.
Lavrov onu da deyib ki, Donald Tramp administrasiyasının rəsmi planı Rusiya tərəfinə təqdim edilməyib: sənəd qeyri-rəsmi kanallar vasitəsilə əldə edilib. Bununla yanaşı, o vurğulayıb ki, Trampın planında yer alan bir sıra ifadələr dəqiqləşdirmə tələb edir.
Bu arada “The Wall Street Journal” nəşri Trampın rusların köməyi ilə necə “sülh planı” yazdığını araşdırıb. Ortaya şok faktlar çıxır…
Allah axırını xeyirli eləsin!
A.Məmmədli