12 Noyabr 2025 / 13:41

Moskva Kiyevlə İstanbulda danışıqları bərpa etməyə hazırdır – Rusiya XİN

Rusiya İstanbulda Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır.

Tezadlar.az  xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk bildirib.

Diplomat vurğulayıb ki, “top artıq Ukraynanın meydanındadır”. O, əlavə edib ki, Türkiyənin məsləhətləşmələri bərpa etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, Kiyev danışıqlar prosesini dayandırıb.

Poşçuk etiraf edib ki, 16 may, 2 iyun və 23 iyul tarixlərində İstanbulda keçirilən üç raund danışıqlar “çətin danışıqlar” olub. Lakin onlar “humanitar sahədə genişmiqyaslı əsir mübadiləsi, ölənlərin cəsədlərinin repatriasiyası və mülki şəxslərin geri qaytarılması ilə bağlı mühüm razılaşmalar” əldə edə biliblər.

“Bundan əlavə, on minlərlə Ukrayna uşağının qaçırılması ilə bağlı iddia edilən mif dağıldı”, – deyə diplomat vurğulayıb. “Ukraynalılar bizə “on minlərlə” deyil, 339 adın siyahısını veriblər ki, bunların üçdə biri əhəmiyyətsiz olub.”

Polisçuk qeyd edib ki, Kiyev hələlik Moskvanın İstanbul prosesi üçün üç işçi qrupu yaratmaq təklifinə cavab verməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!