Əsas məzmuna keç

MOSKVA VİLAYƏTİ “KROKUS”DAKI TERROR QURBANLARININ 15 NƏFƏRİNƏ ÖDƏNİŞ EDİB

Moskva vilayətinin səlahiyyətliləri Crocus City Halldakı terror aktının 15 qurbanına kompensasiya ödəyiblər.

Bu barədə jurnalistlərə regionun sosial inkişaf naziri Lyudmila Bolataeva məlumat verib.

“Bu günə qədər ödənişlərə gəlincə: Moskva vilayəti artıq 15 qurbana pul ödəyib və bu iş davam edir”, – o deyib.

Bundan əvvəl Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Moskva hökuməti ilə birlikdə “Krokus”da terror aktı nəticəsində həlak olanların və yaralananların ailələrinə təzminat ödənilməsi barədə qərar qəbul edilib. Ölənlərin ailələrinə 3 milyon rubl təzminat ödəniləcək. Xəstəxanalarda müalicə alan qurbanların hər birinə 1 milyon rubl, ambulator müalicə alan zərərçəkənlərə isə 500 min rubl veriləcək. Moskva vilayətində qeydiyyatda olan, atası və ya anası faciə nəticəsində dünyasını dəyişən uşaqlara aylıq ödənişlər veriləcək.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…