Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az az əvvəl xəbər vermişdi ki, Moskvada Putinin yalandan “Kupyanski azad edilib” deyən generalının avtomobili partladıldı… Məlum olur ki, avtomobildə partladılan şəxs Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarov olub. Bu barədə “Ukrainskaya pravda” və Rusiyanıən bəzi teleqram kanalları məlumat yayıb. Belə ki, Moskvada Rusiya Silahlı Qüvvələrinin general-mayoru Fanil Sarvarova sui-qəsd cəhdi edilib. Partlayış Yasenevaya küçəsindəki yaşayış binasının həyətində, o, “Kia Sorento” markalı avtomobilinə minərkən baş verib. Maşına ciddi ziyan dəyib və Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırırlar.
***
Tezadlar.az az əvvəl bunları yazmışdı: “General-polkovnik “Kupyansk məruzəsi”nin bədəlini həyatı ilə ödədi… 20 noyabr tarixində Putin hərbi forma geyinərək “Qərb” hərbi qruplaşmasının komanda-qərargah məntəqələrindən birində toplantı keçirdi. Toplantıda Rusiyanın “Cənub” və “Qərb” hərbi qruplaşmalarının komandirləri döyüş meydanında mövcud durum barədə Putinə ardıcıl şəkildə məruzə edirdilər. Məruzələrdən biri isə xüsusilə “parlaq” və yaddaqalan oldu: “Kupyansk TAMAMİLƏ Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir”, – deyə general bildirmişdi.
Sonra baş verənləri isə hamımız xatırlayırıq. Zelenski şəxsən Kupyanska yollandı və Putin başda olmaqla Rusiya SQ-nin bütün komandanlığını son dərəcə gülməli vəziyyətə saldı. Bu addım Zelenskinin həm cari danışıqlarda mövqelərini gücləndirdi, həm Putini ciddi nüfuz itkisinə məruz qoydu, həm də USQ-nin ən çətin istiqamətlərdən birində uğurlu əks-hücum əməliyyatları aparmaq iqtidarında olduğunu nümayiş etdirdi.
İndi isə ən maraqlı məqama keçək. Xronologiyaya diqqət edin:
9 dekabr tarixində Putinə Kupyanskın Rusiya SQ-nin nəzarətində olduğu barədə məruzə edən general-polkovnik Sergey Kuzovlyev təltif olunur.
12 dekabrda Zelenski Kupyanska səfər edir. Zelenskinin səfərindən bir neçə gün sonra isə məlumat yayılır ki, general Kuzovlyevin cəsədi tapılıb.
İki gün əvvəl Zelenski şəxsən özü bildirir ki, “çox güman, bu general artıq sağ deyil”.