27 Oktyabr 2025 / 08:18

Moskvanın başı üzərində Ukrayna dronları kabus kimi…

Ötən gecə də Moskva sakinlərinin yuxusuna haram qatılıb. Belə ki, paytaxt səmasında  görünən 18 Ukrayna pilotsuz uçuş aparatı vurulub. Tezadlar.az xatırladır ki, Moskvanın meri Sergey Sobyanin bildirib ki, gecə boyu Moskvanın mərkəzinə doğru uçan 18 dron vurulub. Mer deyib ki, Moskvaya dron hücumu bir neçə saatdır ki, davam edir. Son iki saat ərzində 17 dronun məhv edildiyi bildirilib. Moskva vilayətinin Ramenskoye, Kolomna, Klimovsk, Troitsk, Podolsk, Voskresenskoe, Aprelovka və Domodedovo şəhərlərində partlayışlar olduğunu etiraf edib. Domodedovo hava limanı dron hücumu təhlükəsi səbəbindən isə tamamilə bağlanıb. Müxtəlif istiqamətlərə uçmalı olan sərnişinlər evakuasiya edilib. Dron təhlükəsi isə hələ də vardır.

Beləcə, Rusiya rəhbərliyi bunkerlərdə, ölkə sakinləri isə həyəcan içində ömür sürür, cəbhədə isə hər gün yüzlərlə, minlərlə ölən və yaralananlar var.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!