Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Fevral 2026 / 19:16

Mourinyo texniki zonada olmadı

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Real”a (1:2) qarşı keçirilən oyun zamanı “Santyaqo Bernabeu” stadionundakı mətbuat studiyasına getməkdən imtina edib.

Tezadlar.az xarici mediaya istinadla bildirir ki, portuqaliyalı mütəxəssis oyunu klubun avtobusundan izləyib. Mourinyo bir həftə əvvəl Portuqaliyada keçirilən “Real”la ilk qarşılaşmada qırmızı vərəqə aldığı üçün cavab oyununda texniki zonadan komandaya rəhbərlik edə bilməyib.

Oyundan sonra Joze Mourinyo azarkeşlərlə ünsiyyət qurub. Məğlubiyyətə baxmayaraq o, fanatlara avtoqraf verib və onlarla şəkil çəkdirib.

İlk oyunda “Real” 1:0 hesabı ilə qalib gəldiyi üçün iki oyunun nəticəsinə əsasən Çempionlar Liqasının 1/8 finalına yüksəlib. Madrid klubu növbəti mərhələdə “Mançester Siti” və ya “Sportinq”lə qarşılaşacaq. Püşkatma fevralın 27-si, cümə günü keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!