Əsas məzmuna keç

MÜDAFİƏ NAZİRİ DÖVLƏT MÜDAFİƏ SİFARİŞİNİN İCRASINI YOXLAYIB

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tula vilayətinin müəssisələrində dövlət müdafiə sifarişinin icrasını yoxlayıb.

Tezadlar.az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib.

Nazir Rusiya regionunda istehsalat sexlərinə baxış keçirib, ona Rusiya qoşunlarını təmin etmək üçün istehsal güclərinin genişləndirilməsi üzrə həyata keçirilən proqramlar barədə məlumat verilib.

“Sergey Şoyquya çoxsaylı buraxılış raket sistemləri üçün raketlərin istehsalı emalatxanaları, həmçinin tank əleyhinə idarə olunan raketlər və artilleriya sursatlarının avtomatlaşdırılmış montaj xətləri nümayiş etdirilib”, – Müdafiə Nazirliyindən bildiriblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…